"Arsenal" UEFA Çempionlar Liqasında klub rekorduna imza atıb

İngiltərənin "Arsenal" klubu tarixinin rekorduna imza atıb.

Newsport.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, "topçular" buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda İtaliyada "İnter"i məğlub etməklə (3:1) nail olub.

London təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində ardıcıl 7 matçda qalib gəlib.

Bu qarşılaşmadalarda 20 qol vuran komanda qapısında yalnız 2 top görüb.

Qeyd edək ki, "Arsenal" hazırda 21 xalla Liqa mərhələsinin lideridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right