Van Nistelroy yenidən milli komandada

Ruud van Nistelrooyun bu il keçiriləcək dünya çempionatı üçün milli komandanın baş məşqçisi Ronald Kumanın köməkçisi olacaq. Bu barədə Niderland Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat verib.

49 yaşlı mütəxəssis yeni vəzifəsinə yeni ayın 1-dən başlayacaq.

Van Nistelrooy əvvəllər milli komandada bu vəzifəni iki dəfə – 2014-cü ildən 2016-cı ilə və 2020-ci ildən 2021-ci ilə qədər tutub.

Klub səviyyəsində o, PSV Eindhoven, İngiltərənin “Mançester Yunayted” və “Lester” klublarını çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right