"Roma" Niderland millisinin hücumçusunu transfer edib

İtaliyanın "Roma" klubu İngiltərə təmsilçisi "Aston Villa"da çıxış edən Doniell Maleni icarəyə götürüb.

Newsport.az xəbər verir ki, bu barədə A Seriyası komandasının mətbuat xidməti məlumat yayıb.

"Canavarlar" mövsümün sonunda 26 yaşlı hücumçunu satın almaq hüququna da malikdir.

Qeyd edək ki, Niderland millisinin də üzvü olan Doniell Malen cari mövsüm 29 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right