"Yuventus"un 35 milyon avroluq təklifini qəbul etmədilər

"Yuventus" "Kristal Pelas"ın hücumçusu Jan-Filipp Matetanı transfer etmək istəyir.

Newsport.az xəbər verir ki. bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Ağ-qaralar" fransalı forvard üçün İngiltərə klubuna 35 milyon avroluq təklif göndərib. London təmsilçisi bu təklifi qəbul etməyib. Onların 28 yaşlı futbolçunun satışından əldə etmək istədiyi gəlir 55-60 milyon avrodur.

Qeyd edək ki, Jan-Filipp Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 32 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right