Alonso "Barselona"ya məğlubiyyət haqda

"Real"ın baş məşqçisi Xabi Alonso İspaniya Superkubokunun finalında "Barselona"ya məğlubiyyəti (2:3) şərh edib.

Newsport.az xəbər verir ki, mütəxəssis kuboku əldən buraxmaqlarına baxmayaraq, komandasının yaxşı oynadığını deyib: 

"Komanda əla oyun nümayiş etdirdi. Bilirdim ki, topsuz qalanda səbirli olmalı, dözümlülük, nəzarət və etdiyimiz işə inam göstərməliyik. İlk 30 dəqiqədə rəqiblərimizə demək olar ki, heç bir şans vermədik. Çox qısa müddətdə çox şey baş verdi. İkinci hissədə Vinisius ilə sol cinahda sürətli, kəsərli hücumlar edirdik. Bərabərlik şanslarımız var idi. Amma oyunu penaltilər seriyasına aparmaq üçün dəqiqliyimiz çatmırdı.

Futbolçularımızın fiziki vəziyyəti, zədəlilərimizin olması ardıcıllıq tapmağımıza və iş yükünü bərabər şəkildə bölüşdürməyimizə mane olur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right