"Barselona"nın qapıçısı La Liqada klubunu dəyişə bilər

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada klubunu dəyişməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Jirona" almaniyalı qolkiperi icarəyə götürmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Klublar arasında danışıqlar müsbət istiqamətdə davam edir. Keçid baş tutsa, "Jirona" 33 yaşlı "əlcək sahibi"nin maaşının cüzi hissəsini ödəyəcək. 

Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right