“Arsenal”ın vingeri İtan Nvaneri İngiltərə Premyer Liqasının başqa bir klubuna keçə bilər.
Newsport.az “Independent”-ə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klub “Bornmut”dur.
“Albalılar” Nvanerini mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Ancaq futbolçunun özü ən azı yay aylarına qədər “topçular”ın düşərgəsində qalmaq niyyətindədir.
İngiltərəli futbolçu cari Premyer Liqa mövsümündə 6 oyunda forma geyinib. Onun komandası hazırda turnir cədvəlinə liderlik edir, “Bornmut” isə 15-ci pillədə qərarlaşıb.