Flik ehtiyatda saxladığı futbolçudan razıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Robert Levandovskinin çıxışından məmnunluğunu bildirib.

İspaniya superkubokunun yarımfinalında “Atletik”ə qarşı keçirilən oyunda (5:0) polşalı futbolçu ehtiyatda qalmışdı.

Newsport.az  xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı jurnalistlərin Levandovskinin gələcəyi ilə bağlı sualına belə cavab verib:

“Gələcək mövsüm barədə bilmirəm. Amma Levandovskidən və onun gördüyü işdən razıyam. O, yüksək səviyyədə çıxış edir”.

37 yaşlı forvardın “Barselona” ilə müqaviləsinin müddəti yayda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right