“Mançester Siti” futbolçusunu uzun müddətə itirdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Savionun (Savinyo) zədəsinin ciddiliyini açıqlayıb.

Newsport.az xəbər verir ki, o, braziliyalı futbolçunun iki aya qədər oynaya bilməmə ehtimalının olduğunu söyləyib:

“Savio uzun müddət oynaya bilməyəcək. Uzun müddət, amma yüz il yox. Təxminən bir ay yarım-iki aya. O, bu mövsüm geri dönəcək”.

Savio yanvarın 1-də, “Sanderlend”lə matçda zədə alıb. 21 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 15 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right