“Rafinyadan çox razıyam” Hans-Diter Flik

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya superkubokunun yarımfinalında “Atletik”lə oyunda dubl edən Rafinya Diasın çıxışını dəyərləndirib.

Braziliyalı futbolçunun iki qolla yadda qaldığı qarşılaşma Kataloniya klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, Flik, Rafinyanın peşəkarlığını xüsusi vurğulayıb:

“Rafinyadan çox razıyam. O, hər zaman meydanda yüksək peşəkarlıq nümayiş etdirir, son ana qədər mübarizə aparır və komanda yoldaşları üçün nümunədir. Onun geri dönüşünə çox sevinirəm”.

“Barselona” yanvarın 11-də İspaniya superkubokunun finalında “Atletiko” və ya “Real”la qarşılaşacaq. Turnirin ikinci finalçısı bu gün Madrid klubları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right