Sabiq oyunçu “Milan”ın futbolçusu haqda: “Onu heç vaxt satmazdım”

“Milan”ın sabiq oyunçusu Massimo Ambrozini klub rəhbərliyini heç bir halda yarımmüdafiəçi Ruben Loftus-Çikdən ayrılmamağa çağırıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun Milan klubu üçün dəyərli olduğunu düşünür:

“Ruben Loftus-Çik kimi fiziki qabiliyyətləri əla olan oyunçu “Milan” üçün mütləq vacibdir. Onun cərimə meydançasına qaçışları kluba çoxlu qol gətirə bilər. Mən onu heç vaxt satmazdım”.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində ikinci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right