Falkaonun yeni komandası bəlli oldu

Kolumbiya millisinin sabiq hücumçusu Radamel Falkaonun yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 39 yaşlı forvard ölkəsində “Milonarios” komandası ilə anlaşıb.

O, daha əvvəl 2025-ci ilin yayında adıçəkilən komandadan ayrılmışdı və həmin vaxtdan bəri azad agent idi.

Falkao 2024-cü ildə qoşulduğu “Milonarios”da 29 oyunda iştirak edib və 11 qol vurub.

Falkao karyerası ərzində “Rayo Valyekano” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Monako” (Fransa), “Çelsi”, “Mançester Yunayted”, (hər ikisi İngiltərə) “Atletiko” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “River Pleyt” (Argentina) kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right