17 yaşlı futbolçunu 10 milyon avroya transfer etdilər

"Portu" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, "əjdahalar" "Yaqelloniya"dan Oskar Petuşevskiyi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Portu" 17 yaşlı vinger üçün Polşa klubuna 10 milyon avro təzminat ödəyib. Gənc futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Oskar Petuşevskiy "Yaqelloniya"nın yetirməsidir. Polşa U-21 millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right