“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunnar Sulşer komandanın yeni çalışdırıcısı postuna əsas namizəd hesab olunur.
Newsport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Klub rəhbərliyi norveçli mütəxəssisi yalnız müvəqqəti baş məşqçi kimi nəzərdən keçirir. Tərəflər arasında görüş dünən baş tutub.
Bu həftə komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Darren Fletçer icra edəcək. Sulşer “qırmızı şeytanlar”ı 2018–2021-ci illər arasında çalışdırıb.
“Mançester Yunayted” yanvarın 5-də Ruben Amorimin baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb. Portuqaliyalı mütəxəssis 2024-cü ildən komandaya rəhbərlik edirdi.