Məşhur sabiq futbolçudan Maduronun tutulmasına reaksiya

“Milan”ın sabiq futbolçusu Paolo Maldini Venesuelanın prezidenti Nikolas Maduronun ABŞ təhlükəsizlik qüvvələri tərəfindən tutulmasını dəstəkləyib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial mediada Venesuela şəhərlərinin küçələrində insanların Maduro ətrafında baş verən hadisələri qeyd etdikləri və onun tutulmasından məmnunluqlarını ifadə etdikləri videoları paylaşıb.

Maldininin həyat yoldaşı Adriana Fossa Venesuela əsillidir. Buna görə də, oğlu Daniel Maldini İtaliya millisində oynamaq qərarına gəlməzdən əvvəl qısa müddətə Venesuelanın gənclər və yeniyetmələr yığma komandalarında forma geyinib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right