“Çempionatın sonuna qədər üç klub arasında yarış olacaq” “İnter”in sabiq prezidenti

“İnter”in sabiq prezidenti Massimo Moratti İtaliya çempionatının bu mövsümündə böyük rəqabət görür.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı liqa liderlərinin son oyun gününə qədər eyni səviyyədə olacağına inanır:

“Düşünürəm ki, çempionatın sonuna qədər üç klub arasında yarış olacaq. “İnter” öz liqasındadır, “Napoli” fenomenal baş məşqçiyə, “Milan” isə yüksək təcrübəli Massimiliano Alleqriyə sahibdir. Bu, sona qədər mübarizə olacaq”.

Moratti 1995-ci ildən 2014-cü ilə qədər “İnter”in prezidenti kimi fəaliyyət göstərib. Onun rəhbərliyi altında klub 2010-cu ildə trebl edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right