“Barselona” və “Bayern” portuqaliyalı müdafiəçini izləyir

“Leççe”nin müdafiəçisi Tiaqo Qabriel Avropanın top-klublarının diqqət mərkəzinə düşüb.

Newsport.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun çıxışını “Barselona” və “Bayern” yaxından izləyir. Bundan əlavə, müdafiəçi Səudiyyə Ərəbistanının “Neom” klubunun da maraq dairəsindədir.

“Leççe” rəhbərliyi isə portuqaliyalı futbolçunu qış transfer pəncərəsində satmaq niyyətində deyil və onu ən azı mövsümün sonuna qədər komandada saxlamaq istəyir. İtaliya klubu yalnız olduqca sərfəli, yüksək məbləğli təklif daxil olacağı halda mövqeyini dəyişə bilər.

Qabriel cari mövsümdə A Seriyasında “Leççe”nin heyətində 17 oyuna çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right