“Neftçi”nin futbolçusu Afrika Millətlər Kubokunda zədələnib

“Neftçi”nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda Afrika Millətlər Kubokunda zədələnib.

Newsport.az Afrika mətbuatına istinadən xəbər verir ki, futbolçu D qrupunda keçirilən Botsvana ilə matçda zədə alıb.

O, zədə səbəbindən bu gün 1/8 finalda Misirə qarşı keçirəcəkləri matçı buraxmalı olacaq. Dalmeydanın ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Benin – Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right