İtaliya A Seriyası: “İnter”lə “Napoli”dən inamlı qələbə

İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“İnter” evdə “Bolonya”ya, “Fiorentina” “Kremoneze”yə, “Napoli” də səfərdə “Latsio”ya qalib gəlib.

Hazırda 39 xala malik “İnter” vahid liderdir. “Milan” 38, “Napoli” 37, “Yuventus”la “Roma” 33 xal toplayblar.

İtaliya A Seriyası
18-ci tur
2 yanvar

Kalyari – Milan 0:1
Qol: Leao, 50.

3 yanvar

Komo – Udineze 1:0
Qol: Da Kunya, 18-pen.

Cenoa – Piza 1:1
Qollar: Kolombo, 15 – Leris, 38.

Sassuolo – Parma 1:1
Qollar: Torstvedt, 12 – Pelleqrino, 24.

Yuventus – Leççe 1:1
Qollar: Makkenni, 49 – Banda, 45+2.

Atalanta – Roma 1:0
Qol: Skalvini, 12.

4 yanvar

Latsio – Napoli 0:2
Qollar: Spinatsola, 13. Rrahmani, 32.

Fiorentina – Kremoneze 1:0
Qol: M.Kin, 90+2.

Verona – Torino 0:3
Qollar: C.Simeone, 10. Kasadey, 87. Njie, 90+1.

İnter – Bolonya 3:1
Qollar: Zyelinski, 39. L.Martines, 48. M.Türam, 74 – S.Kastro, 83.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right