“Kristal Pelas” hücumçusunu satmaqdan imtina edib

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasının digər klublarının transfer hədəfindədir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Tottenhem” fransalı futbolçuyla maraqlanır. Lakin “Kristal Pelas” qış transfer pəncərəsində forvardı satmaqdan tamamilə imtina edib.

Mateta bu mövsüm komandasının heyətində 19 oyunda 8 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right