İngiltərənin üç klubunun hədəfindədir Fransalı müdafiəçi

“Udineze”nin müdafiəçisi Oumar Soletin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək üçün bir neçə variantı var.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” 25 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Soletin “Udineze” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Fransalı futbolçu bu mövsüm 19 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right