“Espanyol” azarkeşləri “Barselona” ilə dünən keçirilən matçda rəqibin qapıçısı Juan Qarsiyaya qarşı xoşagəlməz şüarlar səsləndiriblər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Espanyol” azarkeşləri oyunboyu Juan Qarsiya və “Barselona”nın ünvanına şüarlarla yadda qalıblar. Onlar matç zamanı “Juanın başını istəyirik” şüarları səsləndiriblər.
Oyunda “Barselona” əleyhinə da şüarlar səsləndirilib: “Fantastik eniş, ilahi eniş. İrəli, Taliban, “Kamp Nou”ya təyyarələr” və “iPuta Barça!” (“puta” sözü ispan dilində “fahişə” deməkdir).
Kataloniya derbisi “Barselona”nın 2:0 hesablı qələbəsi ilə bitib.
Juan Qarsiya “Barsa”ya ötən il məhz “Espanyol”dan transfer olunub.