"Roma" "Beşiktaş"ın legionerini istəyir

"Roma" "Beşiktaş"ın futbolçusu Ernest Muçini transfer etməyi planlaşdırır.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, "canavarlar" icarə əsasında "Trabzonspor"un formasını geyinən 24 yaşlı futbolçunu yaxından izləyir və hətta onu canlı izləmək üçün skautlarını bir neçə dəfə Türkiyəyə də göndərib. 

Mövsümün sonunda Muçinin "Roma"ya keçidi reallaşa bilər. Onun "Trabzonspor"la icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Albanın "Beşiktaş"la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

O, “Tirana”, “Legiya”da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right