"Qalatasaray" Braziliyadan tanınmış oyunçunu gətirməyə hazırlaşır

"Qalatasaray" heyətini niderlandlı futbolçu ilə gücləndirə bilər.

Newsport.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Türkiyə çempionu Memfis Depayı heyətinə qatmaqda israrlıdır.

31 yaşlı vingerin "Korintians"la müqavilə müddəti 2026-cı il avqustun 31-də başa çatacaq.

Depay Avropaya qayıtmağa can atmır. Amma “Qalatasaray” rəsmiləri niderlandlıya yüksək məvacib təklif edib.

PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko”da oynamış Memfis 2024-cü ildən “Korintians”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right