Tanınmış futbolçu “Santos”da oynayacaq

“Kruzeyro”nun hücumçusu Qabriel Barbosa karyerasını “Santos”da davam etdirəcəyini açıqlayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu ilin sonuna qədər icarə əsasında yeni komandasında oynayacağını bildirib.

“Qabiqol” ləqəbli forvard “Santos”un akademiyasının yetirməsidir. O, Braziliya klubunda 207 oyun keçirib, 83 qol vurub və 13 məhsuldar ötürmə edib. Barbosa, eyni zamanda, Avropada “İnter” və “Benfika”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right