Türama yeni müqavilə təklif olunacaq

“Yuventus” yarımmüdafiəçisi Kefren Türamla müqavilənin müddətinin uzadılması üçün danışıqlar aparmağı planlaşdırır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun hazırkı sözləşməsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədə olsa da, klub rəhbərliyi fransalı oyunçunun çıxışından razıdır və onunla yeni anlaşma imzalamaq niyyətindədir. Danışıqların yaxın həftələrdə başlaması gözlənilir.

“Yuvenstus” Türama müqavilənin müddətinin 2030-cu ilə qədər uzadılmasını və maaşının artırılmasını təklif edəcək. O, 2024-cü ilin yayında “Nitsa”dan “Yuventus”a transfer olunub.

Türam cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right