“Qalatasaray”ın hücumçusu Almaniya klubuna təklif olunub

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını dünya futbolunun top-klublarının birində davam etdirmək niyyətindədir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun nümayəndələri onun xidmətini “Bayern”ə təklif ediblər.

Osimhen “Bayern”i böyük klub hesab edir və bu komandada özünü sınamaq istədiyini gizlətmir. Ancaq Münhen təmsilçisinin idman direktoru Maks Eberl hücumçunun transferinə hazırda ehtiyac olmadığını açıq şəkildə bildirib. Klub yalnız o halda Osimhenin namizədliyinə yenidən baxa bilər ki, komandanı ingilis hücumçu Harri Keyn tərk etsin.

27 yaşlı forvard cari mövsümdə bütün turnirlər daxil olmaqla 16 oyunda meydana çıxıb və 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right