“Milan” yeni transferini açıqladı

“Milan” heyətinə yeni futbolçu qatıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi “Vest Hem”dən hücumçu Niklas Fülkruqu icarəyə götürüb.

Füllkruq 9 fevral 1993-cü ildə Almaniyanın Hannover şəhərində anadan olub. O, “Verder”in gənclər akademiyasında yetişib və oyunçu karyerasının ilk hissəsini Almaniyada keçirib, 2019-cu ildə “Verder”ə qayıtmazdan əvvəl “Qroyter Fürt”, “Nürnberq” və “Hannover”də oynayıb. 2023-cü ilin yayında o, “Borussiya”ya (Dortmund) transfer olub, 2024-cü ildə isə “Vest Hem Yunayted”ə keçib. Fülkruq 2022-ci ilin noyabr ayında Almaniya millisinə çağırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right