“Bayern”in müdafiəçisi bütün təklifləri rədd edib

“Bayern”in müdafiəçisi Kim Min Jae gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Avropanın bir sıra klublarının marağına səbəb olsa da, bütün təklifləri rədd edib. O, ən azı yaya qədər Münhen klubunda qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.

Cənubi koreyalı futbolçuya əsas maraq göstərənlər arasında “Fənərbaxça” və İtaliya klubları var, ancaq hamısı müdafiəçidən rədd cavabı alıb.

Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq. Futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 17 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right