Enzo Mareska “Çelsi”nin baş məşqçisi vəzifəsini tərk edib. Onun gedişinin əsas səbəbi kimi mütəxəssislə klub rəhbərliyi arasında yaranan fikir ayrılıqları göstərilir.
Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, italiyalı çalışdırıcının ayrılığından sonra yeni detallar üzə çıxıb.
“Çelsi” yay transfer pəncərəsində “Mançester Yunayted”dən vinger Alexandro Qarnaçonu Marreska ilə razılaşdırmadan heyətə qatıb. Argentinalı futbolçunun transferinə baş məşqçi razılıq verməyib və hətta sözləşmə baş tutana qədər oyunçu ilə heç bir əlaqə saxlamayıb.
Bu keçid London klubuna 45 milyon avrodan baha başa gəlib. Şayiələrə əsasən, Enzo Mareska transfer məsələlərində həlledici söz sahibi olmaq istəyib, ancaq rəhbərlik ona bu səlahiyyətləri verməyib.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.