İngiltərə klubundan rekord məbləğdə transfer

“Kristal Pelas” növbəti transferini reallaşdırıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Tottenhem”in vingeri Brennan Consonu heyətinə qatıb.

Qeyd olunub ki, 24 yaşlı vingerin keçidi klub tarixində rekord transferdir. “Kristal Pelas”ın saytı keçidin detallarını açıqlamasa da, Britaniya mətbuatı Consonun transferinin 40 milyon avroya başa gəldiyini yazıb. Sözləşmənin müddəti 4,5 illikdir.

Uels millisinin üzvü yeni klubunda 11 nömrəli formada çıxış edəcək. O, 2023-cü ildən “Tottenhem”də forma geyinirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right