“İnter” iki müdafiəçi istəyir

“İnter” qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun baş məşqçisi Kristian Kivu komandada yeni mərkəz müdafiəçisi və sağ cinah müdafiəçisi görmək istəyir. Klub rəhbərliyi baş məşqçinin hər iki istəyini yerinə yetirməyə çalışacaq.

Bildirilir ki, sağ cinah üçün dərhal heyəti gücləndirə biləcək təcrübəli futbolçunun transferi planlaşdırılır. Bu mövqeyə əsas namizəd artıq bəllidir – portuqaliyalı müdafiəçi Jоаo Kаnselo.

Mərkəz müdafiəçisi mövqeyinə isə “İnter” rotasiya üçün nəzərdə tutulan, perspektivli və gələcəkdə əsas heyətdə yer uğrunda mübarizə apara biləcək futbolçu axtarır.

“İnter” hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Milan”ı 1 xal qabaqlayır. Kivunun komandası yanvarın 4-də “Bolonya”nı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right