"Qarabağ"ın futbolçusunu transfer etmək istəyən kluba FIFA-dan qadağa

FIFA Braziliyanın "Botafoqo" klubuna transfer qadağası tətbiq edib.

Newsport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 3 transfer pəncərəsində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Buna səbəb klubun 2024-cü ilin yayında "Atlanta"dan Tyaqo Almadanın transferi üçün ABŞ klubuna olan borcunu ödəməməsidir.

Qeyd edək ki, "Botafoqo" "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonu heyətinə qatmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right