"Mançester Yunayted" fransalı futbolçunu transfer etmək istəyir əgər satışa çıxarılars

“Mançester Yunayted” “Kristal Pelas”ın hücumçusu Jan-Filipp Matetaya maraq göstərir.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, mançesterlilər hazırda yeni hücumçu axtarmasa da, fransalı futbolçunun transfer üçün əlçatan olması halında onu ciddi şəkildə nəzərdən keçirəcəklər. Yayda “qartallar” oyunçunu Çempionlar Liqasında çıxış edən klublara 50 milyon funt-sterlinqə satmamışdılar.

Qeyd edək ki, cari Premyer Liqa mövsümündə Mateta 18 oyunda çıxış edib və 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right