“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello hazırkı çalışdırıcı Massimiliano Alleqrinin komandanın əsas problemlərindən birini həll edəcəyinə inanır.
Newsport.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, “Milan”ın ölkə çempionatında autsayder və orta səviyyəli komandalarla oyunlarda konsentrasiyanın zəif olması səbəbindən mütəmadi olaraq xal itirdiyini düşünür:
“Mövsümün ilk hissəsində “Milan”ın orta səviyyəli komandalarla matçlarda problemləri var idi, bəzi məqamlarda diqqət çatışmazlığı hiss olunurdu. Gözləyirəm ki, Alleqri bu problemi həll edəcək və oyuna sistem gətirəcək”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.