“Liverpul”un baş məşqçisi Arne Slot yayda Levekuzen “Bayer”indən müdafiəçi Ceremi Frimponqu transfer etmələrinin səbəblərini açıqlayıb.
Mersisaydlılar yayda Trent Aleksander-Arnoldun “Real”a keçməsindən sonra bu mövqeni Frimponqla gücləndiriblər.
Newsport.az “The Anfield Buzz”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Frimponqun seçimlər arasında ilk diqqət çəkən futbolçulardan biri olduğunu bildirib:
“Buna əsas səbəb oyunçunun yüksək sürət göstəriciləridir. Variantları dəyərləndirəndə Frimponq ilk baxdığımız futbolçulardan biri idi. Bunun əsas səbəbi onun inanılmaz sürətidir. Temp hücuma qoşulmaq üçün vacibdir, amma sürət həyati əhəmiyyət daşıyır, xüsusilə də, PSJ-nin cinah hücumçuları kimi oyunçulara qarşı oynayanda”.
Frimponqun transferi “qırmızılar”ın müdafiə xəttində Aleksander-Arnoldun ayrılığından sonra yaranan boşluğu doldurmaq məqsədi daşıyıb.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.