Futbolçu olmasa, ofisiant olacaqmış

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç futbol karyerasına başlamasaydı, ofisiant işləyəcəyini bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu sadəliyi sevdiyini deyib:

“Sadəliyi sevirəm. Normal bir ailə, sadə həyat, kiçik şeylər… Özümü heç vaxt xüsusi biri kimi hiss etmirəm. Heç vaxt düşünməmişəm ki, başqalarından üstünəm. Futbolçu olmasaydım, ofisiant olmağı seçərdim. Bu sahədə yaxşı idim və mənə xoş gəlirdi”.

“Real”dakı çıxışı ilə tanınan və orada bir çox titullar əldə edən xorvatiyalı futbolçu 2025-ci ilin yayından bəri “Milan”ın şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right