"Çelsi" Mareskanı istefaya göndərdi RƏSMİ

"Çelsi" baş məşqçi Enso Mareska ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mareska komandanın son oyunlarda göstərdiyi uğursuz nəticələrə görə istefaya göndərilib.

Qeyd edək ki, Entso Mareska 2024-cü ilin yayında "Çelsi"nin baş məşqçisi postuna təyin olunmuşdu. "Mavilər" 45 yaşlı məşqçinin rəhbərliyi altında ötən mövsüm Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.Komanda hazırda Premyer Liqada 19 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right