Roberto Karlos haqqında yayılan infarkt xəbərlərinə aydınlıq gətirdi

Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Roberto Karlos mətbuatda səhhəti ilə bağlı yayılan xəbərlərdən sonra açıqlama verib.

Daha əvvəl onun əməliyyat olunduğu və infarkt keçirdiyi barədə məlumatlar yayılmışdı.

Newsport.az xəbər verir ki, Karlos sosial şəbəkə hesabında bu iddialara aydınlıq gətirərək bildirib:

“Bu yaxınlarda tibbi komandamla əvvəlcədən planlaşdırılmış profilaktik tibbi prosedurdan keçmişəm. Məndə ürək tutması olmayıb”.

O, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb və ona göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right