“Santos”un hücumçusu Neymar klubu ilə yeni müqavilə şərtlərini razılaşdırıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 33 yaşlı futbolçunun 1 yanvar 2026-cı ildə klubu tərk edə biləcəyi bildirilirdi. Ancaq əldə olunan razılaşmaya əsasən, Neymarın yeni müqaviləsinin müddəti 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.
Braziliyalı futbolçunun əvvəlki sözləşməsi 31 dekabr 2025-ci ildə başa çatdı və uzun müddət onun gələcəyi ilə bağlı qeyri-müəyyənlik mövcud idi.
Neymar 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan azad agent statusunda “Santos”a keçmişdi. O, 2024/25 mövsümündə bütün turnirlərdə 30 oyuna çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə verib.