Mahir Emrelinin qolu Almaniyada ilin ən yaxşılarından oldu

Almaniyanın "Nürnberq" klubu başa çatmaqda olan 2025-ci ilin ən yaxşı 10 qolunu açıqlayıb.

Newsport.az xəbər verir ki, siyahıda komandanın sabiq üzvü, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. Onun məhz hazırda şərəfini qoruduğu "Kayzerslautern"in qapısına vurduğu qol reytinqdə 3-cü pilləyə layiq görülüb.

Xatırladaq ki, Mahir ötən mövsüm "Nürnberq"in formasını geyinib. O, bu yay "Kayzerslautern"ə keçib.

Sözügedən videomaterialı təqdim edirik:

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right