“Yuventus”un sabiq yarımmüdafiəçisi Miralem Pyaniç Turin komandasının Luçano Spalettinin rəhbərliyi altındakı çıxışını dəyərləndirib.
Newsport.az “Tuttosport”-a istinadən xəbər verir ki, bosniyalı sabiq yarımmüdafiəçi komandanın turnir cədvəlində irəliləməsinin onu təəccübləndirmədiyini bildirib:
“Yuventus”un turnir cədvəlində yüksəlişi məni təəccübləndirmədi. Açığı, Spalettinin gəlişi ilə bunu gözləyirdim. O, yüksək səviyyədə uğurun qarantıdır. Onunla müqayisə oluna bilən məşqçilər çox azdır”.
Luçano Spaletti cari ilin oktyabrının sonunda “Yuventus”un baş məşqçisi təyin olunub. Onun komandası A Seriyasında 17 turdan sonra 32 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.