“Real”ın yay transfer hədəflərindən biri niderlandlı futbolçudur

“Real” yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirməyə çalışacaq.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, “AZ Alkmaar”ın 19 yaşlı oyunçusu Kes Smit prioritet hədəf kimi müəyyən edilib.

Niderlandlı futbolçu bu mövsümdən sonra keçidə hazır olduğunu düşünür və Madrid klubu yayda onu transfer etməyə çalışacaq. Şayiələrə görə, transferin məbləği 60 milyon avrodan çox ola bilər. Eyni zamanda, “Real” müqavilə bağlamağın çətin olmasına baxmayaraq, PSJ-nin oyunçusu Vitinya ilə də maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right