“Barselona”nın futbolçusu əməliyyat olunub

“Barselona”nın müdafiəçisi Hektor Fort hazırda icarə əsasında çıxış etdiyi “Elçe”də zədələnib.

19 yaşlı futbolçu ötən turun “Rayo Valyekano”ya qarşı oyununda 6-cı dəqiqədə qol vurmağı bacarıb. Ancaq matçın 12-ci dəqiqəsində çiyninin çıxması səbəbindən meydanı tərk etməli olub.

Newsport.az “Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq əməliyyat olunub. Onun bərpasının bir neçə həftə davam edəcəyi gözlənilir.

Hektor Fort bu mövsüm “Elçe”nin heyətində keçirdiyi 12 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. “Barselona” rəhbərliyi onun icarə dövründəki çıxışından razıdır və hesab edir ki, Fort növbəti mövsümdə Hans-Diter Flikin komandasında əsas heyət uğrunda mübarizə apara biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right