“Real”ın sabiq futbolçusu Toni Kroos Madrid klubundakı braziliyalı oyunçularla münasibətlərindən danışıb.
Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Uşaqlığımdan bəri Braziliya futbolunu sevirəm. Madriddə Vinisius, Militao və Kazemiro ilə yaxşı münasibətlər qurmuşdum. Bu uşaqlarla ortaq dil tapmaq asan idi. Meydanda Vinisiusla xüsusilə yaxşı əlaqəm var idi. O, mənim ötürmələrimdən, mən isə onun qaçışlarından istifadə edirdim”.
Almaniyalı sabiq futbolçu 2014-cü ildən 2024-cü ilə qədər “Real”ın heyətində çıxış edib. O, Madrid klubu ilə beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub.