Sneyder hələ də “qızıl top” üçün “ağlayır”

Niderland millisinin və “İnter”in sabiq yarımmüdafiəçisi Uesli Sneyder 2010-cu ildəki “qızıl top”un mükafatlandırma mərasimini xatırlayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“O vaxtlar Lionel Messi dünyanın ən yaxşı futbolçusu idi. O, həqiqətən də elə idi. Amma ili qiymətləndirsəydim, daha yaxşısı var idi. Düşünürəm ki, nailiyyətlərimdə onu üstələdim. İllər keçib, amma bu mükafatla bağlı müzakirələr hələ də davam edir. Çoxu düşünür ki, bu mükafat mənə verilməli idi”.

Sneyder 2010-cu ildə “qızıl top”un mükafatlandırma mərasimində Messi, İnyesta və Xavidən sonra dördüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right