Super Liqa klubu yeni baş məşqçisini açıqladı

Türkiyənin “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi komandanı serbiyalı mütəxəssis Aleksandar Stanoyeviçə tapşırıb.

Super Liqa təmsilçisinin rəhbərliyi bu təyinatdan öncə Marsel Liçka ilə yollarını ayırdığını açıqlayıb.

Təcrübəli mütəxəssis daha əvvəl 2023/2024 mövsümündə Super Liqada “Konyaspor”u da çalışdırıb. Klubun yaydığı rəsmi açıqlamada onun karyerası ərzində “Partizan”la qazandığı liqa çempionluqları və kubok zəfərlərinə xüsusi diqqət çəkilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right