“Real” alman futbolçunu transfer etməyə çalışır

“Real” Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekə marağını davam etdirir.

Newsport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Borussiya” Şlotterbekə 70 milyon avro qiymət qoyub. Bildirilir ki, “Bayern” və “Barselona” da uzun müddətdir ona maraq göstərsə də, “Real” yaxın zamanda konkret transfer addımları atmağa hazırdır.

Almaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Ancaq gözlənilir ki, Şlotterbek sözləşməsini yeniləməyəcək, çünki “Borussiya” avrokuboklarda uğur qazanmaq imkanına malik deyil.

Şlotterbek cari mövsümdə klub səviyyəsində 18 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right