“Vest Hem” futbolçusu üçün sərfəli təklif gözləyir

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa qış transfer pəncərəsində komandanı tərk edə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yanvarda braziliyalı futbolçu üçün sərfəli təklif daxil olacağı təqdirdə, onunla yollarını ayırmağa hazırdır. Paketanın hazırkı forması klub rəhbərliyində narahatlıq doğurur və bu səbəbdən, mümkün təkliflər dəyərləndirilə bilər.

28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 17 oyunda iştirak edib və 4 qol vurub. Onun “Vest Hem”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right