"Real"dan "Napoli"yə rədd cavabı

"Real" futbolçusu Franko Mastantuononu "Napoli"yə icarəyə verməkdən imtina edib.

Newsport.az xəbər verir ki, bu barədə "Marca"  məlumat yayıb.

İtaliya təmsilçisi "Real"a təklif gödərsə də, rədd cavabı alıb. Madrid klubu 18 yaşlı yarımmüdafiəçinin komandadan ayrılmasını müzakirə etməyə belə hazır deyil.

Qeyd edək ki, "Real" argentinalı oyunçunu ötən yay 60 milyon avroya "River Pleyt"dən alıb. Bu mövsüm Franko "Real"da 13 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right